...

İlin birinci yarısında Türkmənistanda 33,68 milyard kubmetr qaz və 4 milyon 185,6 min ton neft hasil edilib

Dünya xəbərləri Materials 12 İyul 2006 18:41 (UTC +04:00)

2006-cı ilin yanvar-iyun aylarında Türkmənistanda 33,68 milyard kubmetr qaz və 4 milyon 185,6 min ton neft hasil edilib. 2006-cı ilin birinci yarısında "mavi yanacağın" hasilatı 1% artıb. Qaz ixracı 23,6 milyard kubmetr təşkil edib.

Trend in verdiyi xəbərə görə, yanvar-iyun ayları ərzində kondensat daxil olmaqla, Türkmənistanın neft hasilatı 4 milyon 185,6 min ton təşkil edib. Ölkənin neft emalı müəssisələri - neft emalı zavodlarının Türkmənbaşı kompleksi və Seydin NEZ tərəfindən ötən altı ay ərzində 3 milyon 297,2 min ton "qara qızıl" emal edilib. Ən yüksək artım tempi - 138% - buraxılışı 31,1 min ton təşkil etmiş sürtkü yağlarının istehsalında qeyd olunub. İlin əvvəlindən durulaşdırılmış karbohidrogen qazlarının istehsalı 4% - 196,0 min ton artıb. Dizel yanacağı və polipropilenin istehsalı 1 % artaraq, müvafiq olaraq 968 min ton və 41,7 min ton təşkil edib.

2005-ci ilin analoji dövrü ilə müqayisədə cari ilin birinci yarısında Türkmənistanda istehsal edilən elektrik enerjisinin həcmi 8% artıb. Ötən 6 ay ərzində ölkədə 6739,1 milyon kVt/s elektrik enerjisi istehsal edilib.

Xəbər lenti

Xəbər lenti