...

Avropa İttifaqı rouminqin qiymətini aşağı salır

Dünya xəbərləri Materials 13 İyul 2006 19:16 (UTC +04:00)

Avropa komissiyası mobil rabitə operatorlarını rouminq qiymətlərini aşağı salmağa məcbur edəcək. Xaricdən Avropa üzrə mobil telefonla edilən zənglər orta hesabla yerli zənglərdən 18 dəfə bahadır. Avropa komissiyasında mobil şirkətlərin baha qiymət qoymalarını əsassız hesab edir və ödənişi iki dəfə azaltmağı tələb edirlər. Ehtimal olunur ki, yeni qaydalar 2007-ci ilin ikinci yarısında qüvvəyə minəcək. Bazar iştirakçıları məmurların qərarını qanunsuz hesab edirlər.

Trend in verdiyi xəbərə görə, Avropa komissiyası mobil operatorları rouminq qiymətlərini aşağı salmağa məcbur edəcək. Bu ödəniş bir mobil rabitə şirkəti tərəfindən şəbəkədən istifadəyə görə digər operatorlardan tutulur.

Avropa məmurları Mobil rabitə şirkətləri tərəfindən müəyyən olunmuş tariflərinin hədsiz olduğunu hesab edir. Mobil telefon vasitəsilə xaricdən edilmiş bir zəngin qiyməti bəzi Avropa ölkələrində 1 funt sterlinqə (təxminən 1,7 dollar) çatır. Məsələn, Fransaya gəlmiş britaniyalı öz mobil telefonundan evə zəng edərkən, 4 dəqiqəyə görə 2,38 funt sterlinq ödəyir. Maltadan edilən bu cür zəngin qiyməti 4,83 funtdur.

Tariflərin azalma məbləği barədə qeyri-rəsmi məlumatlarda fikir ayrılığı var. Britaniyanın Telegraph qəzetinin məlumatına görə, Aİ hökümət orqanları mobil operatorları qiymətləri 70% azaltmağa vadar edəcək. Mənbələrdən birinin sözlərinə görə, xaricdən gələn zənglərin qiymətlərini azaltmaq üçün operatorlara 6 aydan 9 aya qədər vaxt verilib.

Rouminqin qiymətinin azaldılması barədə qanunun qəbulu üçün Avropa İttifaqının 25 ölkəsinin Nazirlər şurası və Avropa parlamenti bu qanunun xeyrinə səs verməlidir. Avropa ittifaqının ticarət məsələləri üzrə komissarı Piter Mandelson da mobil operatorlara edilən təzyiqlərə qarşı çıxış edib.

Aİ-nin bəzi məmurları operatorlara qiymətlərin dəyişməsinə hazırlaşmağa imkan yaratmaq üçün tariflər barədə digər qanun qüvvəyə mindikdən 6-9 ay sonra xaricdən gələn zənglərin qiymətini aşağı salmağı təklif ediblər. Lakin Avropa komissiyasının təklifinə görə gələn zənglər üçün rouminqin dəyəri topdan qiymətlərlə eyni vaxtda aşağı salınacaq.

Avropa komissiyasının başçısı Joze Manuel Barrozunun tələbi ilə yeni qaydalar dörd ildən sonra ləğv ediləcək, çünki o vaxta qədər, onun fikrincə, rouminq onsuz da indikindən ucuz olacaq.

Avropanın istehlakçı təşkilatları yeni qanun layihəsini təqdir edəcəklər. Onlar əmindirlər ki, Aİ hökümət orqanları baha zənglərlə əlaqədar turistləri baş ağrısından azad edə bilərlər. Məmurların hesablamalarına görə, Avropada mobil rabitə istifadəçiləri tariflərin azalması zamanı ildə 3,7 milyard funt qənaet edə bilərlər. Mobil rabitə operatorları dövlətin tarif siyasətinə müdaxilə etməsindən razı deyillər. Vodafone şirkəti məmurların qərarını qanunsuz hesab edir. Rouminq üzrə ödənişlər Avropanın rabitə bazarının iştirakçılarına 6% gəlir gətirir. Mobil rabitə şirkətləri ehtimal olunan itkiləri kompensasiya etmək üçün ölkədaxili zənglərin qiymətini qaldırmaq istəyirlər. Avropa telekommunikasiya şirkətlərindən birinin əməkdaşının sözlərinə görə, Avropa komissiyasının qərarı bir ölkənin vətəndaşları zənglərdə qənaət etmək üçün SİM-kartları xaricdən almalı olacaqlar. "Məsələn, fransızlar yerli zənglərə görə az pul ödəmək üçün SİM-kartları Böyük Britaniyadan alacaqlar", - deyə bazar iştirakçısı misal gətirib.

Xəbər lenti

Xəbər lenti