Nyu-York əmtəə-xammal birjasında neftin qiyməti yeni tarixi maksimuma çatıb. Cümə günü xam neftin bir barelinə 76,8 ABŞ dolları verilib.
Trend in CNN-ə istinadən verdiyi xəbərə görə, ötən rekord iyulun 7-də olub. Qiymətlərin indiki sıçrayışı Livan hərbçiləri və İsrail ordusu arasında silahlı münaqişə ilə bağlıdır. Bu gün İsrail HHQ Beyrutda aeroport zolağını dağıdıb. Bundan başqa, Livanın bir çox dəniz limanları blokadaya alınıb.
Qiymət sıçrayışını həmçinin Nigeriyadakı neft kəmərlərinin partladılması və İrandan tədarüklərin dayandırılma təhlükəsi barədə məlumatlarla da əlaqələndirirlər.