...

Mİ-8 vertolyotunun Sankt-Peterburq yaxınlığında qəza enişi nəticəsində yeddi nəfər xəsarət alıb

Dünya xəbərləri Materials 14 İyul 2006 19:00 (UTC +04:00)

Sankt-Peterburq şəhəri yaxınlığında cümə günü Mi-8 hərbi vertolyotunun qəza enişi nəticəsində yeddi nəfər xəsarət alıb. Bu barədə RİA Novosti-yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən xəbər veriblər.

"Sankt-Peterburq yaxınlığında plan uçuşu zamanı texniki səbəblərə görə Müdafiə Nazirliyinin Mi-8 vertolyotu qəza enişi edib. Ekipaj üzvləri də daxil olmaqla, vertolyotda yeddi nəfər olub. Onlar müxtəlif dərəcəli xəsarət alıb və dərhal xəstəxanaya çatdırılıblar", - deyə nazirlik nümayəndəsi bildirib.

Onun sözlərinə görə, hazırda zərər çəkənlərə tibbi yardım göstərilir.

Xəbər lenti

Xəbər lenti