...

Kosovoda NATO-nun pilotsuz təyyarəsi qəzaya uğrayıb

Dünya xəbərləri Materials 14 İyul 2006 19:39 (UTC +04:00)

İyulun 11-də Kosovonun qərbində, Prizren şəhərinin ətrafında Almaniya kontingentinə məxsus LUNA tipli pilotsuz kəşfiyyat təyyarəsi qəzaya uğrayıb. Bu barədə Trend "Novosti" RİA-ya istinadən xəbər verir.

NATO qüvvələrinin keçmiş Yuqoslaviyadakı Alman kontigentinin mətbuat katibi Haynts Niçin sözlərinə görə, hadisə nəticəsində heç kim xəsarət almayıb, çünki təyyarə yaşayışın olmadığı əraziyə düşüb. Faktla bağlı təhqiqat aparılır, lakin qəzanın dəqiq səbəbləri hələ müəyyənləşdirilməyib.

Xəbər lenti

Xəbər lenti