...

BMT baş katibinin müavini bu gün Gürcüstana səfər edəcək

Dünya xəbərləri Materials 15 İyul 2006 12:43 (UTC +04:00)

İyulun 15-18-də BMT baş katibinin müavini, UNDP proqramının Avropa və SDB ölkələri üzrə regional bürosunun direktoru Kalman Mijey Gürcüstana səfər edəcək.

UNDP-nin Tbilisi ofisindən "Kavkaz-press"ə verilən məlumata əsasən, səfər çərçivəsində K. Mijey Gürcüstan prezidenti Mixail Saakaşvili, baş nazir Zurab Noqaideli və iqtisadi islahatlar üzrə dövlət naziri Kaxa Bendukidze ilə görüşəcək.

Görüşlərin məqsədi Gürcüstankı iqtisadi islahatların gedişilə tanışlıqdır. Bundan əlavə, Kalman Mijey UNDP eksperti Mart Laar (Gürcüstana prezidentin baş müşaviri qismində dəvət olunmuş Estoniyanın keçmiş baş naziri), Dünya Bankı və Beynəlxalq Valyuta Fondu nümayəndələri ilə də söhbət edəcək.

Görüşlər zamanı UNDP-nin iqtisadi sahədə islahatlar proqramı müzakirə olunacaq. K.Mijey beynəlxalq təşkilatların və BMT agentliklərinin nümayəndələri ilə görüşəcək. Səfər başa çatdıqda iyulun 17-də saat 17.00-da K.Mijey səfərin nəticələri haqqında məlumat vermək üçün mətbuat konfransı keçirəcək.

Xəbər lenti

Xəbər lenti