...

Gürcüstanın parlament komitəsi AŞ informasiya mərkəzinin Tbilisidəki statusu barədə sazişin təsdiqlənməsini dəstəkləyib

Dünya xəbərləri Materials 19 İyul 2006 17:25 (UTC +04:00)

Gürcüstan parlamentinin xarici əlaqələr üzrə komitəsi bu gün Gürcüstan höküməti və Avropa Şurası arasında AŞ informasiya mərkəzinin Tbilisidəki statusu barədə sazişin təsdiqini dəstəkləyib.

Trend in Kavkaz-press-ə istinadən verdiyi xəbərə görə, informasiya bürosu institusional müəssisədir. Hazırda AŞ-ın Avropanın müxtəlif ölkələrində 15 belə informasiya mərkəzi var. Onlar Avropa Şurası fəaliyyətinin məqsəd və prinsiplərini izah edir. Komitəyə sazişi Gürcüstan xarici işlər nazirinin birinci müavini Valeri Çeçelaşvili təqdim edib.

Xəbər lenti

Xəbər lenti