...

Ermənilər Gürcüstan patriarxını təhqir ediblər

Dünya xəbərləri Materials 20 İyul 2006 14:57 (UTC +04:00)

"THE GEORGİAN TİMES" qəzetinin yazdığı kimi, ermənilər Moskvada rəsmi səfərdə olan bütün Gürcüstan patriarxı İkinci İlyanı təhqir ediblər.

Trend in "Kavkaz press"-ə istinadən verdiyi xəbərə görə, rəsmi görüşdə erməni jurnalistləri və erməni kilsəsinə yaxın şəxslər patriarxa qarşı təcavüzkarcasına çıxış ediblər. Onların fikrincə, Gürcüstan onlarla erməni klisəsini mənimsəyən ölkədir. Onların sözlərindən belə çıxır ki, Gürcüstanın yarısı Ermənistana məxsusdur və, nə az, nə çox, bütün gürcü folkloru ermənilərindir.

Rəsmi Yerevan bu cür çıxışlara heç bir reaksiya verməyib. Bu halda unutmaq olmaz ki, Ermənistan çıxılmaz vəziyyətdədir və ona qarşı düşmən münasibətdə olan Azərbaycan və Türkiyə onu əhatə edir. Onlar üçün yeganə işıq yeri Gürcüstandır, lakin bu cür təhqirlərdən sonra çətin ki, iki ölkə arasında dostluq münasibətləri uzunömürlü olsun.

Xəbər lenti

Xəbər lenti