...

Viktor Yuşenko Viktor Yanukoviçlə görüşüb

Dünya xəbərləri Materials 20 İyul 2006 17:34 (UTC +04:00)

Ukraynanın dövlət başçısı Viktor Yuşenko prezidentin katibliyində Viktor Yanukoviçlə görüşüb.

Trend in xüsusi müxbirinin yaydığı məlumata əsasən, V.Yanukoviç bəyan edib ki, onlar Ukrayna prezidentilə bir çox məsələlər üzrə ümumi məxrəcə gəlib.

V.Yanukoviç deyib ki, görüşdə siyasi vəziyyətin sabitləşdirilməsi yolları və parlamenti işi haqqında söhbət gedib. Regionlar Partiyasının liderinin sözlərinə görə, səmərəli hakimiyyət sisteminin yaradılması, hakimiyyət qollaranının qarşılıqlı fəaliyyəti, parlamentlə hökumət arasında əlaqələr müzakirə olunub.

Jurnalistlərin kadr məsələlərinin müzakirə olunub-olunmadığına və onun namizədliyinin baş nazir vəziyəsinə irəli sürülüb-sürülmədiyinə dair suallarına cavab verərkən, o deyib ki, bu gün prezident bu barədə bəyanat verəcək.

Xəbər lenti

Xəbər lenti