ABŞ Qərbi Avropada quru qoşunlarının müasirləşdirmə proqramına başlayıb. 300 "Strayker" döyüş maşınından ilk 120-sı Şimal dənizindəki Bremerhafen limanına çatıb.
ABŞ ordusunun nümayəndəsi deyib ki, yaxın günlərdə 3,5 min hərbi qulluqçudan ibarət "Straykerlər" briqadası iyulda ABŞ-a qayıtmış diviziyanın yerinə Vilzekdə (Bovariya) yerləşdiriləcək.
Trend "Vzqlyad"a istinadən xəbər verir ki, Almaniyada yerləşdirilmiş Amerika qoşunları "yeni təhlükələrə tez cavab vermək üçün" müasirləşdirilir. 8 təkərli 19 tonluq zirehli avtomobillər bu qoşunların ixtiyarında olan A-1 tanklarına nisbətən daha sürətli və manevrlidir. "Straykerlər" həm qumbaraatan, həm də iri kalibrlı pulemyotla təchiz oluna bilər.
Amerika hərbi komandanlığı Qərbi Avropadan çıxarılan zirehli texnikanın hara daşındığını açıqlamayıb. Bu barədə xəbəri "İTAR-TASS" yayıb.