...

Gürcüstan parlamenti Nazirlər Kabinetini təsdiq etdi

Dünya xəbərləri Materials 24 İyul 2006 18:50 (UTC +04:00)

Bu gün "lehinə" 154 səslə Gürcüstan parlamenti Gürcüstanın Nazirlər Kabinetinin yeni tərkibini yekdilliklə təsdiq edib. Parlament sədri parlamentarilərin həmrəyliyini salamlayıb və hökümətə məhsuldar iş arzulayıb.

Trend in Gürcüstandakı xüsusi müxbirinin verdiyi xəbərə görə, ölkə hökümətinə baş nazir Zurab Noqaideli başçılıq edəcək. Nazirlər kabinetində dörd dövlət naziri var: Avropaya inteqrasiya üzrə dövlət naziri Giorgi Baramidze, islahatlar üzrə dövlət naziri Kaxa Bendukidze, vətəndaş inteqrasiyası üzrə dövlət naziri Zinaida Bestayeva, Giorgi Xaindravanı əvəz etmiş münaqişələrin tənzimlənməsi üzrə dövlət naziri Merab Antadze.

Müdafiə naziri İrakli Okruaşvili, DİN başçısı Vano Merabişvili, XİN başçısı Qela Bejuaşvili, maliyyə naziri Aleksi Aleksişvili, iqtisadiyyat naziri İrakli Çoqovadze, elm və təhsil naziri Aleksandr Lomaya, energetika naziri Nika Qilauri, kənd təsərrüfatı və ərzaq naziri Mixail Svimonişvili, ədliyyə naziri Qiya Kavtaradze, mədəniyyət və idman naziri Giorgi Qabaşvili, qaçqınlar və yerləşdirmə üzrə nazir Giorgi Xeviaşvili, əmək və səhiyyə naziri Lado Çipaşvili öz vəzifəsində qalıb. Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlar üzrə yeni nazir deputat David Tkeşelaşvili olub.

Xəbər lenti

Xəbər lenti