...

Motorola yeni ultranazik mobil telefon buraxacaq

Dünya xəbərləri Materials 25 İyul 2006 18:39 (UTC +04:00)

Dünyada mobil telefonların böyüklüyünə görə ikinci istehsalçı Motorola İnc. şirkəti yeni Krzr və Rizr mobil telefonları barədə ətraflı məlumat verib. Bu telefonlar Razr modelindən daha nazik olacaq.

Trend in verdiyi xəbərə görə, yeni telefonlar Razr ailəsinin bir hissəsi olacaq. Bu modelin bir neçə il bundan əvvəl buraxılışı Motorola brendinin populyarlığını qaytarıb, lakin şirkətin rəqibləri, məsələn Samsung, estafeti ələ keçirdi və şəxsi ultranazik telefonlarını buraxmağa başladı.

Motorola ümid edir ki, ölçü və adı ilə Razr modelinə oxşayan yeni modellər də ona uğur gətirəcək. Krzr modelinin eni 42 millimetr, Razr modelinin eni isə - 54 millimetrdir. Krzr Razr-dan bir qədər qalın olacaq, lakin daha mükəmməl 2 - meqapikselli kameraya və yaddaşın 500 mahnı üçün kifayət edəcək qədər genişləndirmək imkanına malik olacaq.

Korpusu maqnezium, cilalanmış xrom və möhkəm şüşədən düzəldilmiş Krzr telefonları iki rəngdə - boz və mavi rənglərdə olacaq. Aparatın beynəlxalq satışları ilin sonundan başlanacaq. Şirkət nümayəndələrinin sözlərinə görə, Krzr modeli qiymətlərin yüksək seqmentini tutacaq, yəni qiyməti 250 dollardan çox olacaq. Krzr telefonları GSM və CDMA (ABŞ və ayrı-ayrı Asiya bölgələrində yayılmış) şəbəkələrində işləyə biləcək.

Xəbər lenti

Xəbər lenti