...

Viktor Yuşenko bu gün parlamentə getməyəcək

Dünya xəbərləri Materials 25 İyul 2006 19:03 (UTC +04:00)

Ukrayna prezidenti Viktor Yuşenko bu gün parlamentə getməyəcək. Trend in Kiyevdəki xüsusi müxbirinin xəbər verdiyi kimi, bu barədə brifinqdə Ukrayna prezidentinin mətbuat katibi İrina Geraşenko bildirib.

O qeyd edib ki, prezidentin Ali Radanın iclasında iştirak edə biləcəyi bütün hallar Ukrayna qanunvericiliyi ilə dəqiq müəyyənləşdirilib.

Xəbər verildiyi kimi, bu gün Ukrayna Ali Radası qətnamə qəbul edib. Bu qətnamə ilə sessiyanın axşam iclasında dövlət başçısının iştirakı ilə ölkədəki sosial-siyasi vəziyyəti nəzərdən keçirməyi qərara alıb. Bundan sonra parlament spikeri Aleksandr Moroz Ali Radanın axşam iclasında iştirak etməsi üçün prezidentə dəvət göndərib.

Xəbər lenti

Xəbər lenti