...

Kodor dərəsindəki vəziyyət respublikanın daxili şəraitinə təsir etmir

Dünya xəbərləri Materials 26 İyul 2006 16:21 (UTC +04:00)

Kodor dərəsindəki vəziyyət respublikanın daxili şəraitinə təsir etmir. Bu barədə Apsnıpress agentliyinə baş nazir Aleksandr Ankvab bəyan edib. Onun sözlərinə görə, gərginliklə əlaqədar Abxaziyaya heç bir turist və istirahət edən şəxs axını müşahidə edilmir.

"Yalnız bu gün birgünlük səfərlə turistlərin olduğu 72 avtobus və 400 şəxsi maşın Abxaziyaya ekskursiyaya gəlib. İyul yağışlarının istirahət edənlərin əhvalını kifayət qədər pozduğuna baxmayaraq, bu kurort mövsümü ötən ilkindən heç də pis deyil", - deyə Ankvab bildirib.

Trend in Kavkaz-press-ə istinadən xəbər verdiyi kimi, hökümət başçısının məlumatına görə, bu il Novoafon mağarasına və Ritsa gölünə baxmağa gələn turistlərin sayı ötən ilin analoji dövrünə nisbətən 10% çoxdur. "İnsanlar çimərlikdə dincəlir, biz isə işləyirik", - deyə nazir qeyd edib və bildirib ki, Abxaziyanın hökümət orqanları respublikanın özündə və Kodor dərəsindəki vəziyyəti diqqətlə izləyir.

Xəbər lenti

Xəbər lenti