...

Afinanın mərkəzində məscid tikiləcək

Dünya xəbərləri Materials 28 İyul 2006 11:19 (UTC +04:00)

Yunanıstanın baş naziri Kostas Karamanlisin sədrliyi altında keçirilmiş Nazirlər Kabinetinin sonuncu müşavirəsində ölkənin paytaxtında yeni məscidin inşası ilə bağlı qərar qəbul edilib.

Türkiyə KİV Yunanıstanın ətraf mühit naziri Yorqo Sufliasın bəyanatına istinadən bildirir ki, yeni məscid Afinanın mərkəzində Votanikos rayonunda tikiləcək.

Trend in Ankaradakı xüsusi müxbirinin məlumatına görə, hazırda Afinada 200 minədək müsəlman yaşayır. Şəhərdə mövcud olan məscidlər fəaliyyət göstərmir. 1458-ci ildə Osmanlı İmperiyası dövründə tikilmiş "Fethiya" məscidi isə muzey kimi istifadə olunur.

Bu yaxınlaradək Afina Avropa ölkələri arasında müsəlman məscidlərinin fəaliyyət göstərmədiyi yeganə paytaxt idi.

Xəbər lenti

Xəbər lenti