...

Türkiyədə turizmdən əldə olunan gəlirlərin azalması müşahidə olunur

Dünya xəbərləri Materials 29 İyul 2006 11:48 (UTC +04:00)

Türkiyəyə gələn turistlərin sayının 1,8% azalması ilə əlaqədar turizmdən əldə olunan gəlirlərin də cüzi dərəcədə aşağı düşməsi müşahidə olunur. Trend in Türkiyədəki xüsusi müxbirinin məlumatına görə, bu rəqəmlər Türkiyənin Statistika İdarəsi (TÜİK) tərəfindən hesablanıb.

2005-ci illə müqayisədə bu ilin ikinci rübündə turizmdən əldə olunan gəlirlər azalaraq 3,7 mlrd dollara çatıb.

2006-cı ilin birinci yarısında Türkiyə turizmdən 5 milyard 695 milyon dollar gəlir əldə edib. Göstərilən dövr ərzində ölkəyə 8 milyondan çox turist gəlib.

Hər turist ölkədə orta hesabla təxminən 688 dollar xərcləyir. Ölkəyə gələn turistlərin sayının azalmasının əsas səbəblərindən biri kimi Yaxın Şərqdə hərbi əməliyyatların eskalasiyası, quş qripi və bu yaxınlarda Almaniyada keçirilmiş dünya çempionatı göstərilir.

Xəbər lenti

Xəbər lenti