Ukrayna prezidentinin katibliyində "Milli vəhdət universalı"nın rəsmi imzalanma məsələsi üzrə dəyirmi masa öz işinə başlayıb. İclası prezident Viktor Yuşenko açıb.
Trend in xəbər verdiyi kimi, o qeyd edib ki, "milləti birləşdirmək" onun üçün əsas məsələlərdən biri olaraq qalmaqdadır. Yuşenko bildirib ki, o idealist deyil, lakin anlayır ki, "Dəyirmi masa arxasına oturaraq, millətin birləşdirilməsi üzrə bütün problemləri həll etmək olmaz... Lakin mən inanıram ki, biz bu yolu tapacağıq", - deyə prezident vurğulayıb.
İclasda parlamentin spikeri Aleksandr Moroz, baş nazir Yuri Yexanurov, Regionlar partiyasının lideri Viktor Yanukoviç, "Bizim Ukrayna" blokunun lideri Roman Bessmertnıy, Kommunist partiyasının lideri Pyotr Simonenko, eyniadlı blokun lideri Yuliya Timoşenko, Sosialist partiya fraksiyasının rəhbəri Vasili Suşko iştirak edib.