...

Türkmənistan Xalq Məsləhətinin iclası oktyabrın 25-də keçiriləcək

Dünya xəbərləri Materials 5 Avqust 2006 13:17 (UTC +04:00)

Türkmənistan Xalq Məsləhətinin illik iclası oktyabrın 25-də keçiriləcək. Xalq Məsləhəti sədri, prezident Saparmurat Niyazovun " XIII Türkmənistan Xalq Məsləhətinin çağırışı haqqında" qərarı bu gün mətbuatda nəşr olunub.

Trend "İTAR-TASS"a istinadən xəbər verir ki, sənəddə vətəndaşlar "müstəqil neytral Türkmənistan dövlətinin ictimai, siyasi və iqtisadi inkişafının təkmilləşdirilməsi ilə bağlı məsələləri gündəliyə daxil etmək üçün irəli sürməyə" çağrılır. XIII Xalq Məsləhətinə ünvanlanmış təklif və müraciətlərin toplanması və müzakirəsi, eləcə də Xalq Məsləhəti sədrinə ötürülməsi üçün dövlət komissiyası yaradılıb.

Xalq Məsləhəti Türkmənistanın ali nümayəndə və qanunverici orqanıdır. Bu orqan ildə bir dəfə ölkə üçün taleyüklü qərarların verilməsi məqsədilə çağırılır. Beləliklə, Xalq Məsləhətinin iclaslarında Konstitusiyanın yeni variantı, "Torpaq haqqında", "Su haqqında", "Sosial təminat haqqında", "Vergilər haqqında" qanunlar və s. qəbul olunub.

Xəbər lenti

Xəbər lenti