...

Terrorçular Britaniyanın 20 təyyarəsini partlatmağı planlaşdırıb

Dünya xəbərləri Materials 10 Avqust 2006 16:21 (UTC +04:00)

Britaniya polisi 20 təyyarədə baş verəcək partlayışın qabağını almağa müvəffəq olduğunu bəyan edib. "Sky News" xəbər verir ki, bu təyyarələr Britaniya hava limanlarından ABŞ şəhərlərinə uçmalı idi.

Britaniya polisində hesab edirlər ki, bu terror aktları miqyasına görə Nyu-York və Vaşinqtondakı 11 sentyabr hadisəsini üstələyə bilərdi.

Qeyd etmək lazımdır ki, Skotland-Yard polis əməkdaşlarının əvvəl yaydıqları məlumata əsasən, terrorçular 12 təyyarəni partlatmağı planlaşdırırmış.

Trend "Lenta.ru"ya istinadən xəbər verir ki, 20 nəfər şübhəli şəxs qismində saxlanılıb. Onlar mənşəcə pakistanlı olan Britaniya vətəndaşlarıdır. "CNN"-in məlumatına əsasən, Britaniya xüsusi xidmətinə şübhəli şəxslərin saxlanılmasında ABŞ köməklik göstərib.

Terrorçular partlayıcı maddələri əl yükündə keçirməyi planlaşdırıb. Bununla əlaqədar hava limanlarında sərt təhlükəsizlik tədbirləri görülür. Bəzi kiçik şəxsi əşyalar istisna olmaqla, sərnişinlərə təyyarə göyərtəsinə əl yükü keçirmək qadağandır.

Xəbər lenti

Xəbər lenti