...

Yaponiyanın ən zəngin şəxsi Y.Takey vəfat edib

Dünya xəbərləri Materials 11 Avqust 2006 18:50 (UTC +04:00)

Yaponiyanın ən zəngin şəxsi, ölkədə ən iri maliyyə korporasiyalarından biri olan Takefuji Corp-un təsisçisi Yasuo Takey 76 yaşında Tokioda vəfat edib. Y.Takeyin var-dövləti 5,4 mlrd dollar həcmində qiymətləndirilir.

Trend "RBK"ya istinadən xəbər verir ki, 1966-cı ildə Y.Takey Fuji Shoji şirkıətinin əsasını qoyub. Bu şirkət 1974-cü ildə rustrukturlaşdırılaraq Takefuji Corp. adlandırılıb. Takefuji Corp. Y.Takeyin rəhbərliyi altında Yaponiyanın istehlakçı kreditləşdirilməsi bazarında liderə çevrilib.

2003-cü ildə Y.Takey direktorlar şurasının direktoru vəzifəsindən çıxıb, lakin şirkətin işlərilə maraqlanmaqda davam edib.

2004-cü ildə Yaponiya polisi şirkəti tənqid edən jurnalistlərin telefon danışıqlarını dinlədiyi üçün onu 3 illik həbs cəzasına məhkum edib. Lakin yaşı ilə əlaqədar hökmün icrası 4 il təxirə salınıb.

Xəbər lenti

Xəbər lenti