...

Kürd separatçıları ilə atışmada iki Türkiyə əsgəri öldürülüb

Dünya xəbərləri Materials 15 Avqust 2006 19:51 (UTC +04:00)

Kürd separatçıları ilə atışmada iki Türkiyə əsgəri öldürülüb. Yerli hakimiyyət nümayəndələrinin verdiyi məlumata əsasən, toqquşma İraqla sərhədə yaxın olan Şirnak vilayətinin Kupeli dağında baş verib.

Trend "RBK"ya istinadən xəbər verir ki, Türkiyə güc strukturları ilə kürd separatçı qruplaşmaları arasındakı silahlı toqquşma 1984-cü ildən gedir. Bu müddət ərzində 37 min nəfər zorakılığın qurbanına çevrilib. 1999-cu ildə Kürd Fəhlə Partiyası birtərəfli barışıq elan edib, lakin 5 il sonra Ankaranı vədlərini yerinə yetirməməkdə günahlandıraraq barışığı pozub. Partiya Türkiyə, ABŞ və Avropa Birliyi ölkələri tərəfindən terrorçu qurum sayılır.

Dövləti olmayan kürdlər əsasən İraq, İran və Türkiyənin sərhəd ərazilərində yaşayır. Bu ölkələrin hər birinin kürd azadlıq hərəkatı ilə bağlı problemi var.

Xəbər lenti

Xəbər lenti