...

Gürcüstanın dövlət naziri və Almaniya səfiri hər iki ölkə arasında əlaqələrin inkişaf perspektivlərini müzakirə edib

Dünya xəbərləri Materials 18 Avqust 2006 20:15 (UTC +04:00)

Gürcüstan-Almaniya münasibətlərinin inkişaf perspektivləri Gürcüstanın islahatların koordinasiyası məsələləri üzrə dövlət naziri Kaxa Bendukidze və Almaniyanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Patrisiya Florun görüşündə müzakirə mövzusu olub. Dövlət nazirinin mətbuat xidmətindən Black Sea Press agentliyinə verilən məlumata görə, görüş avqustun 18-də Gürcüstan dövlət dəftərxanasında Almaniya tərəfinin təşəbbüsü ilə keçirilib.

Trend in Novosti-Qruziyaya istinadən xəbər verdiyi kimi, görüşdə tərəflər Gürcüstan-Almaniya müünasibətləri ilə yanaşı, Gürcüstanın AB-yə inteqrasiyası məsələsinə də toxunub. Kaxa Bendukidze, həmçinin, səfiri ölkədəki iqtisadi vəziyyətlə və islahatların gedişi ilə də tanış edib.

Xəbər lenti

Xəbər lenti