...

Gürşad Tüzmen: Yanvar-iyul aylarında Türkiyədə ixracın həcmi $50 mlrd dolları keçib

Dünya xəbərləri Materials 22 Avqust 2006 12:10 (UTC +04:00)

Türkiyə dövlət naziri Gürşad Tüzmenin bəyanatına görə, 2006-cı ilin 7 ayı ərzində ölkə məhsul ixracı üzrə qoyulmuş məqsədləri yerinə yetirib.

Trend in Ankaradakı xüsusi müxbiri xəbər verir ki, göstərilən dövr ərzində ixracın səviyyəsi 50 mlrd dollardan çox olub. Son 12 ay ərzində isə səviyyə 80 mlrd dolları keçib.

Nazirin fikrincə, Türkiyənin ixrac göstəricilərinin yaxşılaşmasında xarici valyuta məzənnələrindəki son dəyişmələr əhəmiyyətli rol oynayıb.

Xəbər lenti

Xəbər lenti