...

Donetskdə qəzada həlak olanların ailələrinə yardımın göstərilməsi üçün operativ qərargah yaradılıb

Dünya xəbərləri Materials 23 Avqust 2006 12:29 (UTC +04:00)

Donetskdə qəzada həlak olanların ailələrinə yardım göstərilməsi üçün operativ qərargah yaradılıb. Verilən xəbərə görə, Donetskdəki qəza qurbanlarının doğma və yaxınlarının bu gün gələcəyi gözlənilir. Həlak olanların ailələrinin yerləşdirilməsi üçün şəhərdə 360 yer ayrılıb.

Trend in REGNUM-a istinadən verdiyi xəbərə görə, qəzaya uğramış təyyarənin sərnişinlərinin qohumlarına hadisə yerinə gəlmək imkanı yaradılacaq. Bütün gecə işləyəcək meydançanın quraşdırılması üçün operativ işlər görülüb. Qəza zonasında bütün axtarış işlərini Rusiya mütəxəssisləri öz üzərinə götürüb.

Xəbər lenti

Xəbər lenti