Avqustun 30-da Gürcüstan hökuməti Kutaisi-Tkibuli (Qərbi Gürcüstan) dəmir yolunun bərpası layihəsinə baxacaq.
Gürcüstan Dövlət Dəftərxanasından "Novosti-Qruziya"ya verilən məlumata görə, hökumət iclasının gündəliyində qabaqcadan 18 məsələ razılaşdırılıb. Trend in xəbər verdiyi kimi, bura həm də hökumətin tikintiyə icazə verilməsi haqqında qərarına dəyişikliklərin edilməsi və mədəni dəyərlərin daşınmasına icazə verilməsi qaydası haqqında qərarın müzakirəsi də daxildir.