Sentyabrın 1-də səhər Lutsk şəhərində "Avers" teleşirkətinə hücum olub. proUA.com-un verdiyi xəbərə görə, təxminən səhər saat 8:00-da naməlum şəxslər gözyaşardıcı qazla teleşirkətin ofisini mühafizə edən "Skorpion" özəl firmasının mühafizəçilərini zərərsizləşdirib. Bu barədə Trend "Vzqlyad"a istinadən xəbər verir.
Hadisə yerinə gələn "Avers Korporasiyası" ASC-nin prezidenti Oleq Veliçko "Titan" dövlət mühafizə xidmətini çağırıb.
Basqın nəticəsində kabelin xarab olması ilə əlaqədar "Avers"in verilişləri saat 09:00-dək səssiz yayımlanıb.