İran hər hansı ölkənin köməyi olmadan silah istehsal edə bilər. Trend in İrandakı xüsusi müxbirinin verdiyi xəbərə görə, bu barədə İranın müdafiə naziri Möhsən Neccar bildirib.
Onun sözlərinə görə, İranda istehsal olunan silah dünyanın 57 ölkəsinə ixrac olunur.
Ölkənin bir çox yerlərində həyata keçirilən "Zərbət Zülfüqar" adlı hərbi hazırlıq məsələsinə gəlincə, nazir qeyd edib: "Bu hərbi hazırlıqlarda biz istehsal etdiyimiz silahlardan istifadə edərək, onları dünya ictimaiyyətinə göstərdik. İran hansısa ölkənin ərazisini işğal etmək və ya kiminləsə müharibə etmək niyyətində deyil, lakin bizə hücum edərlərsə, özümüzü müdafiə edə bilərik".