...

Aleksey Kudrin: Andrey Kozlov dəfələrlə fırıldaqçı maliyyəçilərin maraqlarına maneə olub

Dünya xəbərləri Materials 14 Sentyabr 2006 15:45 (UTC +04:00)

Rusiya Milli Bankı sədrinin müavini Andrey Kozlov banklara nəzarət üzrə fəaliyyəti çərçivəsində dəfələrlə fırıldaqçı maliyyəçilərin maraqlarına maneə olub. Trend in RBK-ya istinadən verdiyi məlumata görə, bu barədə bu gün jurnalistlərə Rusiyanın maliyyə naziri Aleksey Kudrin A. Kozlovun vəfat etməsi münasibəti ilə başsağlığı verərkən bildirib. "A. Kozlovun fəaliyyəti nəticəsində dəfələrlə "çirkli" pulların yuyulması və maliyyə fırıldağı ilə məşğul olan bankların lizenziyaları geri çağrılıb", - deyə nazir vurğulayıb.

"O, çox cəsarətli və düzgün insan idi", - deyə A. Kudrin nitqini yekunlaşdırıb.

Xatırladaq ki, mərkəzi bank sədrinin müavini A. Kozlova sentyabrın 13-də Moskva vaxtilə saat 21:30-da Oleniy Val küçəsi 3 ünvanında, "Spartak" idman kompleksi yaxınlığındakı ərazidə hücum edilib. Həmin vaxt hər çərşənbə mərkəzi bankın əməkdaşlarının futbol oynadığı idman kompleksindən çıxan bankirə iki naməlum şəxs tərəfindən atəş açılıb.

A. Kozlovun sürücüsü elə yerindəcə, bankir isə baş və sinə nahiyələrindən aldığı güllə yaralarından 33-cü şəhər xəstəxanasında keçinib.

Moskva prokurorluğunda A. Kozlova qarşı hücum faktı üzrə cinayət işi qaldırılıb.

Xəbər lenti

Xəbər lenti