Bu ilin noyabr ayında NATO-nun Riqadakı sammitində "Şimali Atlantika alyansının genişləndirilməsi məsələsi müzakirə olunmayacaq". Trend İTAR-TASS-a istinadən məlumat verir ki, bu barədə bu gün BMT-də NATO-nun baş katibi Yaap de Xoop Sxeffer bəyan edib.
"Sammitdə yalnız alyansa daxil olmaq istəyən ölkələrə siqnal veriləcək", - deyə o qeyd edib. Sxeffer müqayisə aparıb və bildirib ki, "hələ NATO ailəsində dəyişikliyin edilməsi nəzərdə tutulmayıb". "Uşaq hələ formalaşmalıdır", - deyə o bildirib və əlavə edib ki, Gürcüstan və ya Ukrayna kimi ölkələr hələ alyansa daxil olmağa hazır deyillər.