...

Ukrayna və Avropa Komissiyası strateji neft ehtiyatlarının yaradılma məsələlərini müzakirə edəcək

Dünya xəbərləri Materials 25 Sentyabr 2006 19:16 (UTC +04:00)

Ukrayna höküməti və Avropa Komissiyası Ukrayna strateji neft və neft məhsulları ehtiyatlarının yaradılması proqramı üzrə "bir sıra həll edilməmiş məsələləri" müzakirə edəcəklər.

Trend RBK-ya istinadən xəbər verir ki, fevral ayının sonunda Ukraynanın baş naziri 2006-cı ilin sonunadək AB ölkələrinin təcrübəsini nəzərə almaqla, strateji neft və neft məhsulları ehtiyatının yaradılması proqramını başa çatdırmağı tapşırıb.

Tapşırıq Yanacaq və Energetika, İqtisadiyyat, Maliyyə Nazirliklərinə və Dövlət Ehtiyat Komitəsinə verilib. Bir neçə il ərzində üç aylıq neft məhsulları ehtiyatının yaradılması planlaşdırılır. Ukrayna üçün bu rəqəm şərti olaraq 2,3 mln. ton benzin və dizel yanacağı həcmində dəyərləndirilir.

Xəbər lenti

Xəbər lenti