...

Gürcüstan XİN Türkiyədə baş vermiş avtomobil qəzası nəticəsində zərərçəkənlərin kompensasiya almasında kömək edəcək

Dünya xəbərləri Materials 26 Sentyabr 2006 10:19 (UTC +04:00)

Gürcüstan XİN Türkiyədə baş vermiş avtomobil qəzası nəticəsində zərərçəkənlərin kompensasiya almasında kömək edəcək. Bu barədə Trend Novosti-Qruziya-ya istinadən xəbər verir.

Gürcüstan XİN-in konsul departamentinin direktoru Diana Jqentinin jurnalistlərə verdiyi məlumata görə, "Ankara sikord" sığorta şirkəti Türkiyənin "Mahmud Tur" şirkətinə məxsus avtobusda qəza nəticəsində həlak olmuş və xəsarət almış Gürcüstan vətəndaşlarının ailələrinə pul kompensasiyası ödəməyi vəd edib.

Həmin ailələr əsasında kompensasiyanın veriləcəyi sənədlər haqqında ətraflı məlumat almaq üçün Gürcüstan XİN departamentinə müraciət etməlidir.

Avqustun 16-da Türkiyədə baş vermiş qəza nəticəsində İstanbuldan Tiflisə gedən 4 Gürcüstan vətəndaşı həlak olmuş, 10-dan çoxu isə yaralanmışdır.

Xəbər lenti

Xəbər lenti