Ankarada Türkiyənin quru qoşunları hərbi məktəbində yeni dərs ilinin açılışına həsr olunmuş yığıncaq keçirilib.
Trend in Türkiyədəki xüsusi müxbirinin verdiyi xəbərə görə, məktəbin zabit heyəti və kursantları qarşısında çıxış edən Türkiyənin quru qoşunları komandanı Ülkər Başbuq bəyan edib ki, ölkə ilk dəfə olaraq dünyəvi prinsiplərlə bağlı təhlükəyə məruz qalıb. O vurğulayıb ki, vəziyyətin kəskinləşməsi üzrə həm daxili, həm də xarici təhlükə və planlar mövcuddur.
"Türkiyə silahlı qüvvələri buna qarşı müqavimət göstərir və "milli, unitar və dünyəvi dövlətə hücumlara" laqeyd qalmayacaq",- deyə o bildirib.
Komandanın fikrincə, dünyəvi ölkə sistemi Türkiyədə demokratiyanın inkişafının təməl daşıdır.