...

Ukraynadakı Rivnensk AES-in dördüncü enerji bloku enerji şəbəkəsindən açılıb

Dünya xəbərləri Materials 2 Oktyabr 2006 16:04 (UTC +04:00)

Oktyabrın 1-də Ukraynada Rivnensk AES-də dördüncü enerji bloku enerji şəbəkəsindən açılıb. Trend in Kiyevdəki xüsusi müxbirinin xəbər verdiyi kimi, bu barədə "Enerqoatom" MAEK-ın xarici əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata əsasən, enerji bloku nasazlıqların aradan qaldırılması üçün söndürülüb.

Hal-hazırda Ukrayna AES-də 15 enerji blokundan 11-i işlək vəziyyətdədir.

Xəbər lenti

Xəbər lenti