...

Şimali Koreya ikinci nüvə sınağı keçirə bilər

Dünya xəbərləri Materials 17 Oktyabr 2006 11:03 (UTC +04:00)

Şimali Koreya ikinci dəfə nüvə sınağı keçirə bilər. Bu barədə MSNBC telekanalı ABŞ kəşfiyyatındakı öz mənbələrinə istinadən xəbər verir.

"Əldə olunmuş məlumata görə, Şimali Koreya ərazisində ikinci sınaq poliqonu rayonunda fəallıq müşahidə olunur. Qeyd edək ki, bir neçə həftə bundan əvvəl birinci sınağa hazırlıqdan əvvəl də bu cür fəallıq nəzərə çarpırdı", - deyə mənbələr bildirir.

Mənbələr onu da vurğulaybı ki, ikinci sınaq partlayışı xəbərdarlıq edilmədən baş verə bilər. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən xəbər verir.

Xəbər lenti

Xəbər lenti