...

Gürcüstanın baş naziri Tehranda aparılmış danışıqları müsbət qiymətləndirir

Dünya xəbərləri Materials 25 Oktyabr 2006 17:00 (UTC +04:00)

Gürcüstanın baş naziri Zurab Noqaideli Tehranda aparılmış danışıqları müsbət qiymətləndirir. Bu danışıqlarda təbii qaz və elektrik enerjisinin Gürcüstana verilməsinin diversifikasiyası ilə bağlı məsələlərə toxunulub. Bu barədə Trend in Tiflisdəki xüsusi müxbiri məlumat verir.

Z.Noqaideli oktyabrın 25-də Gürcüstan hökumətinin iclasında bəyan edib ki, danışıqlar təkcə qazın verilməsində mümkün məhdudiyyətlərin qısamüddətli kompensasiyası baxımından deyil, həm də uzunmüddətli perspektiv nöqteyi-nəzərindən vacibdir. Noqaideli bəyan edib ki, Gürcüstan qaz və elektrik enerjisinin paralel mübadiləsini həyata keçirə biləcək.

Qeyd edək ki, Gürcüstanın xarici işlər naziri Gela Bejuaşvili və iqtisadi inkişaf naziri Nika Gilauri Tehranda ikigünlük danışıqlar aparıb.

Xəbər lenti

Xəbər lenti