...

BVF "Türkiyə dörd yol ayrıcında" adlı hesabat hazırlayıb

Dünya xəbərləri Materials 27 Oktyabr 2006 15:42 (UTC +04:00)

Beynəlxalq Valyuta Fondunun (BVF) Türkiyə üzrə keçmiş nümayəndəsi Rıza Moqadan bildirib ki, Türkiyə iqtisadiyyatı son illər böyük uğurlar əldə edib.

Trend in Ankaradakı xüsusi müxbiri xəbər verir ki, onun fikrincə, bu nailiyyətləri qoruyub saxlamaq üçün "makroiqtisadi sabitliyi qorumaq və iqtisadi struktur dəyişikliklərini davam etdirmək" zərurəti yaranıb.

R.Moqadanın başçılığı ilə BVF mütəxəssisləri tərəfindən hazırlanmış "Türkiyə dörd yol ayrıcında" adlı yeni hesabata gəlincə, o vurğulayıb ki, Türkiyə "iqtisadi nailiyyətlərin qorunması siyasətindən" geri çəkilməməlidir.

Göstərilən sənədin hazırlanmasında BVF-in Avropa ölkələri üzrə direktoru Mixail Depler, bu təşkilatın Türkiyə üzrə keçmiş nümayəndəsi Odd Per Brek, eləcə də ölkə iqtisadiyyatını yaxşı bilən ekspertlər iştirak edib.

Hesabatda, o cümlədən, belə bir nəticə çıxarılıb ki, 2001-ci ildə iqtisadi böhrandan sonra Türkiyə iqtisadiyyatında əsas göstəricilərin yaxşılaşması tərəfə dəyişikliklər baş verib. Belə ki, real və nominal faiz dərəcələrinin, eləcə də Türkiyənin dövlət sektorunun borclarının azalması göstərilir.

Xəbər lenti

Xəbər lenti