...

BMT-nin yeni baş katibi noyabrın 1-də Moskvaya səfər edəcək

Dünya xəbərləri Materials 27 Oktyabr 2006 18:00 (UTC +04:00)

BMT-nin yeni baş katibi - Koreya Respublikasının xarici işlər və xarici ticarət naziri Pan Gi Mun noyabrın 1-də Moskvaya səfər edəcək. Bu barədə RF XİN-dən məlumat verilib.

"O, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparacaq. Bu zaman beynəlxalq gündəliyin aktual məsələləri və BMT-də islahatların gedişi müzakirə ediləcək", - deyə nazirliyin məlumatında qeyd olunub.

Trend RİA Novosti-yə istinadən xəbər verir ki, Pan Gi Mun həmçinin Federasiya Şurası və Dövlət Dumasının spikerləri ilə görüşəcək.

Xəbər lenti

Xəbər lenti