...

İran prezidenti: Qərb dövlətlərinin narahatçılığına əsas səbəb nüvə silahı yox, İranın inkişafıdır

Dünya xəbərləri Materials 31 Oktyabr 2006 16:24 (UTC +04:00)

İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejat qərb dövlətlərinin İranın nüvə proqramının nüvə silahı istiqamətinə yönəlməsindən narahatlıq keçirməsinə əsas olmadığını bildirib. Bu barədə Trend ə İran İslam Respublikasının Azərbaycandakı səfirliyindən məlumat verilib.

M.Əhmədinejat qeyd edib ki, qərb dövlətlərini əslində narahat edən faktor nüvə silahı yox, İranın inkişafıdır.

"Onlar nüvə silahı və bombasından qorxmurlar. Çünki özlərinin anbarları müxtəlif bombalarla doludur. Onları qorxudan İran xalqının inkişafı və tərəqqisidir. 50 ildən çoxdur ki, Amerika və İngiltərə bizim xalqımızın qarşısında dayanıb. Onların nüvə enerjisi ilə əlaqədar hazırkı əsaslandırmaları elə 50 il bundan əvvəl neftlə əlaqədar əsaslandırmalarına bərabərdir. Bu gün də o zaman ortaya qoyulan faktlar irəli sürülür" - deyə İranın prezidenti bildirib.

Xəbər lenti

Xəbər lenti