...

Avropa Şurasının baş katibi Ukraynaya səfər edəcək

Dünya xəbərləri Materials 4 Noyabr 2006 14:38 (UTC +04:00)

Avropa Şurasının baş katibi Terri Devis noyabrın 5-6-da Ukraynada rəsmi səfərdə olacaq. Bu barədə Trend ForUm-a istinadən xəbər verir.

Ukrayna XİN mətbuat xidmətindən verilən məlumata görə, Devisin Ukrayna prezidenti Viktor Yuşenko, Ali Radanın sədri Aleksandr Moroz, baş nazir Viktor Yanukoviç, xarici işlər naziri Boris Tarasyukla görüşləri planlaşdırılıb. Bu barədə "UNİAN" xəbər verir.

Səfər zamanı Ukraynada Avropa Şurasının ofisinin təsis olunmasına və onun hüquqi statusuna dair Ukrayna höküməti və Avropa Şurası arasında qarşılıqlı anlaşma haqqında Memorandum imzalanacaq.

Xəbər lenti

Xəbər lenti