...

Rusiyanın baş nazirinin Çinə səfəri zamanı ikitərəfli əməkdaşlığın inkişafı sahəsində 17 sənəd imzalanacaq

Dünya xəbərləri Materials 6 Noyabr 2006 13:48 (UTC +04:00)

Rusiyanın baş naziri Mixail Fradkovun Çinə səfəri zamanı ikitərəfli əməkdaşlığın inkişafı sahəsində 17 sənəd imzalanacaq. Bu haqda bu gün jurnalistlərə Çində səfərdə olan Rusiya baş nazirinin müavini Aleksandr Jukov xəbər verib. Əslində, PAO "EES-Rusiya" və Çinin Dövlət Elektroşəbəkə Korperasiyası arasında Rusiyadan Çinə genişmiqyaslı elektrik enerjisi ixracının əsas reallaşdırma prinsipləri haqqında saziş, həm də layihənin ilk mərhələsi üçün elektrik enerjisinin alış və satışı haqqında müqavilə imzalanacaq. Rosneft və Çinin neft-kimya şirkəti China

Petroleum & Chemical Corporation (Sinopec) arasında strateji əməkdaşlıq haqqında çərçivə sazişi imzalanacaq.

Trend RBK-ya istinadən xəbər verir ki, bununla yanaşı hər iki dövlət hökümətləri arasında Rusiya-Çin dövlət sərhədi rejimi , kapital qoyuluşunun genişləndirilməsi və qarşılıqlı müdafiəsi haqqında sazişlər imzalanacaq.

Rosatom və Çinin Müdafiə Elmi , Texniki və Sənaye Komitəsi arasında atom enerjisinin sülh naminə istifadəsi sahəsində ortamüddətli və uzunmüddətli əməkdaşlığın inkişafı haqqında memorandum imzalanacaq. RF MB və Çinin Milli Bankı Çinin ərazisində Rusiya-Çin sərhəd ticarətində milli valyutalarla hesab aparan bankların yerləşdiyi coğrafi çərçivənin genişləndirilməsi haqqında və bir sıra başqa razılaşmalar imzalanacaq.

Xəbər lenti

Xəbər lenti