...

Çin ÜST-ə quş qripi virusunun yeni növünü təqdim edib

Dünya xəbərləri Materials 11 Noyabr 2006 11:50 (UTC +04:00)

Çin Ümumdünya Səhiyyə Təşkilatına 2004-cü ildən ÇXR-ı ərazisində mövcud olan quş qripi virusunun yeni növünü təqdim edib. Bu haqda ÜST məmurunun verdiyi xəbərə istinadən şənbə günü Honkonq və Çin KİV-ləri xəbər verib.

Beləliklə rəsmi Pekin ÜST tərəfindən tənqidlərə cavab verib. Bu da dəfələrlə Çin hakimiyyətinin kifayət qədər olmayan əməkdaşlığını möhkəmləndirib.

Cümə axşamı Honkonq səhiyyə departamentinin rəhbəri Marqaret Çan ÜST-nin baş katibi vəzifəsinə təsdiq olunub. Bir çox ekspertlər ümid edirlər ki, Çan Çində olan əlaqələrindən istifadə edərək ÜST və Pekin arasında daha effektli əməkdaşlıq yarada biləcək. Bu haqda Trend xəbər verib.

RİA-Novosti ÜST-ün Pekindəki nümayəndəliyindən məlumat alıb ki, virusun 20 növü ABŞ-dakı laboratoriyalarımızdan birinə göndərilib.

ÜST nümayəndələri öz növbəsində etiraf ediblər ki, Çin tərəfindən göndərilən keçən nümunələr heç də düzgün istifadə edilməyib.

"İki dəfə ABŞ-ın infeksion xəstəliklər üzrə Mərkəzi formal istinad olmadan Çin laboratoriyalarının məlumatlarından istifadə ediblər, biz bundan narazıyıq". ÜST-ün Pekindəki nümayəndəliyinin rəhbəri Henq Bekedem Amerika tədqiqat mərkəzinin adından Çin alimlərindən üzr istəyərək bu haqda jurnalistlərə bildirib.

Cümə günü ÇXR Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi keçən həftənin sonunda tanınmış Amerika tibbi jurnalı olan "Proceedings of the National Academy of Sciences"-də çap olunan Honkonq və Amerika alimlərinin Çində yeni növ quş qripi müəyyən etdiyi və bunun da Cənub-Şərqi Asiya ölkələrində son iki ildə baş qaldıran bir çox infeksiyaların mənbəyi olduğu həqqında gəldiyi nəticələri rəsmən rədd edib.

Alimlər yeni növ vürusu 2004-cü ildə bu ştammın ilk dəfə aşkar olunduğu Fuszyan əyalətinin adına müvafiq "Fuszyan" adlandırıblar.

"Məqalədə yalnış məlumatlardan istifadə edilib və istifadə olunan metodologiya elmi deyil. "Fuszyan" quş qripi növü mövcud deyil". ÇXR Kənd Təsərrüfatı Nazirliyinin baytarlıq şöbəsinin rəhbəri Sz Yulinin sözlərini Çin KİV-i sitat gətirir.

Xəbər lenti

Xəbər lenti