...

BMT-də Özbəkistana dair qətnamə səsvermədən çıxarılıb

Dünya xəbərləri Materials 21 Noyabr 2006 13:05 (UTC +04:00)

Avropa Birliyinə daxil olan ölkələr tərəfindən təqdim edilmiş Özbəkistanda insan hüquqlarının pozulması haqqında qətnamə layihəsi BMT-də səsvermədən çıxarılıb. Bu haqda təşkilatın xəbərlər mərkəzi məlumat verib.

RİA Novostiyə istinadən Trend məlumat verir ki, BMT-nin baş katibi Kofi Annanın üçüncü komitəyə etdiyi məruzəsində Özbəkistanda insan hüquqlarının kobudcasına pozulmasından, xüsusilə də keçən ilin mayında Əndicandakı hadisələrin gedişatından narahat olduğunu bildirib.

BMT-nin dövlət katibinin qiymətləndirməsinə görə, bu il vətəndaşların hüquqları və azadlıqları sahəsində vəziyyət dəyişməyib, ölkədə işgəncələrin istifadə təcrübəsi mövcuddur. Annan Özbəkistan hökümət orqanlarını Əndican hadisələrinə şahid olanların və onların ailələrinin, eyni zamanda jurnalistlərin, hüquq müdafiəçilərinin və vətəndaş cəmiyyətindən olan digər üzvlərin müdafiəsi və təhlükəsizli üçün zəmanət verməyə çağırıb.

BMT-nin Baş Assambleyasının üçüncü komitəsi bazar ertəsi Özbəkistanda insan hüquqlarının pozulması haqqında qətnamə layihəsini səsverməyə qoymamaq haqqında qərar qəbul edib. Onu 74 nümayəndə heyəti qəbul edib, 64 -ü əleyhinə çıxış edib, 24-ü isə bitərəf qalıb.

Xəbər lenti

Xəbər lenti