"Şimali Koreya danışıqlar masası arxasına qayıtmağa hazırdır. Ancaq ABŞ-la münasibətlərlə bağlı bir sıra əsas məsələlər həll olunmayıb". Bu barədə KXDR-in Cənubi Koreyadakı yüksək vəzifəli nümayəndəsi Gim Ge Qvan bəyan edib. "Nüvə sınaqlarından sonra biz ölkənin atom proqramı üzrə müzakirələri davam etdirə bilərik", - deyə o bildirib. O əlavə edib ki, "ABŞ-la bir çox məsələləri həll etmək və hər hansı bir qərara gəlmək lazımdır". Bu barədə (s) Reuters xəbər verir.
Trend in RBK-ya istinadən verdiyi məlumata görə, Pxenyan 2005-ci ildən nüvə proqramı ilə bağlı danışıqları boykot edir və ABŞ-dan Şimali Koreya şirkətlərinə qarşı qoyulmuş maliyyə sanksiyalarını ləğv etməyi tələb edir. 2006-cı il oktyabrın 9-da KXDR-in apardığı nüvə sınaqlarından sonra Pxenyan danışıqlar masası arxasına qayıtmağa razılıq verib. Şimali Koreyadan başqa danışıqlarda Cənubi Koreya, Rusiya, Çin, Yaponiya və ABŞ iştirak edir. Danışıqların dekabrda bərpa olunacağı gözlənilir.