...

Gürcüstan MDB-dən çıxmağın mümkün nəticələrini öyrənir

Dünya xəbərləri Materials 26 Dekabr 2006 19:14 (UTC +04:00)

Gələn ilin yayında Gürcüstanın MDB-dən çıxmasının mümkün nəticələri aydın olacaq, bundan sonra hökümət müvafiq qərarlar qəbul edəcək. Bu barədə bu gün Gürcüstanın xarici işlər naziri Qela Bejuaşvili yekun brifinqdə söyləyib.

Trend in Tiflisdəki xüsusi müxbirinin verdiyi xəbərə görə, o, qeyd edib ki, Gürcüstan üçün MDB-dən çıxmaq məqsəd deyil. "Biz gərək milli maraqlara əsaslanaq. İstənilən qərar - təşkilata daxil olmaq və ya oradan çıxmaq həm ciddi siyasi, həm iqtisadi, həm də sosial, sadə bölgə miqyaslı yox, geniş analiz tələb edir"-deyə Bejuaşvili bəyan edib. Nazir daha bir dəfə vurğulayıb ki, MDB-ni hüquq səlahiyyəti olan təşkilat hesab eləmir, baxmayaraq ki, MDB məkanında ticarət və başqa əlaqələri nizamlayan sazişlər mövcuddur.

"Qərar qəbul edərkən, biz əmin olmalıyıq ki, o, bizim milli maraqlarımızda neqativ əks olunmasın" - deyə o, vurğulayıb. Qela Bejuaşvilinin dediyinə görə, Gürcüstanın MDB-dən çıxmasının mümkün nəticələri məsələlərini xüsusi işçi qrup öyrənir.

Xəbər lenti

Xəbər lenti