...

Malayziya və İran bir yerdə İranın qaz şelfini tədqiq edəcəklər

Dünya xəbərləri Materials 8 Yanvar 2007 10:52 (UTC +04:00)

Malayziya və İran ölkənin cənub-şərqində iki offşor təbii qaz yatağının birgə tədqiqi barədə saziş imzalayıblar.

Müqavilənin ümumi dəyəri 16 milyard ABŞ dolları təşkil edir. Bu barədə RİA Novosti-yə bazar ertəsi saziş imzalayan Malayziyanın Es-Key-Es (SKS) neft-qaz korporasiyasından məlumat verilib.

"İranın Milli neft şirkəti (National İranian Oil Company) və Malayziya şirkətinin nümayəndələri arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq yataqlar 25 il ərzində tədqiq olunacaqlar. Yaxın vaxtlarda maye qazın istehsalı üzrə bir neçə zavodun inşası üçün işlərə başlayacaqlar, bu zaman hər iki tərəf məhsula dair eyni hüquqlara malikdirlər. Zavodların təxmini dəyəri təqribən 11 milyard ABŞ dolları təşkil edir", - deyə Malayziya korporasiyasının nümayəndəsi qeyd edib.

Trend in xəbər verdiyi kimi, onların təqdim etdiyi rəqəmlərə əsasən, sahil xəttindən 65 kilometr məsafədə yerləşən Golşan yatağının tədqiq olunmuş ehtiyatları ən azı 1,4 trilyon kubmetr qaz təşkil edir. Yataqdan 85 kilometr məsafədə yerləşən ikinci Ferdos yatağında 285 milyard kubmetr qaz var.

Xəbər lenti

Xəbər lenti