...

Əgər C.Buş hərbi kontingenti artırsa, ABŞ konqresində demokratlar İraqda aparılan hərbi əməliyyyatları maliyyələşdirməyi dayandıracaqlar

Dünya xəbərləri Materials 9 Yanvar 2007 10:34 (UTC +04:00)

Amerika konqresinin yuxarı palatasında demokratların lideri Qarri Rid bəyan edib ki, onun partiyası istənilən imkandan yararlanmağa hazırdır ki, Corc Buş İraqa əlavə hərbi kontingent göndərməsin. O qeyd edib: "Mən hesab edirəm ki, biz gərək prezidentə göstərək ki, onun atdığı addımlar doğru deyil. Biz adamlarımızı evə - geri qaytarmalıyıq".

Digər nüfuzlu demokrat, senator Edvard Kennedi daha konkret variant təklif edib. "RBK"yə istinadən Trend xəbər verir ki, senator prezidentə doğru olmadığını göstərməyin ən gözəl yolu kimi İraqda aparılan hərbi əməliyyatların maliyyələşdirilməsini dayandırmağı təklfi edib.

"Associated Press" xəbər verir ki, E.Kennedi C.Buşa xəbərdarlıq edib ki, Ağ Ev hərbçilərin sayının artırılması ideyasından imtina ietməsə, yaxın vaxtlarda onun konqresdə baxılması nəzərdə tutulan müharibə üçün əlavə 100 mlrd. dollar vəsaitlə bağlı istəyi rədd ediləcək.

Yanvarın 10-da (11 yanvarda) C.Buş xalqa müraciətlə çıxış edəcək, bu çıxışda İraqa münasibətdə yeni Amerika strategiyası təqdim olunacaq. Ağ Evdə qeyri-rəsmi mənbələrdən alınan məlumata görə, əsas məqsəd İraqda əsgərlərin sayının minimum 20 min əsgər artırılması olacaq.

Hazırda İraqda təxminən 140 min amerikalı əsgər var.

Xəbər lenti

Xəbər lenti