...

Türkiyənin baş naziri dünya ictimaiyyətini İraqda sabitliyin təmin olunması üçün birgə səylər göstərməyə çağırıb

Dünya xəbərləri Materials 9 Yanvar 2007 16:56 (UTC +04:00)

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan dünya ictimaiyyətini İraqda sabitliyin təmin olunması üçün birgə səylər göstərməyə çağırıb.

"Hazırda İraq bizim üçün Avropa Birliyinə daxil olmaq haqqında danışıqlardan daha prioritetdir", - deyə Türkiyə hökümətinin başçısı rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının (ƏİP) fraksiyasının iclasında ölkə parlamentində çıxış edərkən bildirib.

"2007-ci il İraq üçün taleyüklü olacaq. Bu ölkənin mümkün dağılması regional təhlükəsizlik üçün son dərəcə ciddi nəticələrə səbəb ola bilər", - deyə Türkiyənin baş naziri bildirib. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

Ərdoğan istisna etmir ki, İraqın keçmiş prezidenti Səddam Hüseynin edamı bu ölkədə vəziyyətin kəskinləşməsinə və qan intiqamına səbəb olacaq.

"Biz ABŞ başda olmaqla bütün ölkələri İraqda sabitliyin təmin olunması üzrə birgə siyasətin hazırlanmasına çağırırıq", - deyə Ərdoğan vurğulayıb.

Xəbər lenti

Xəbər lenti