...

Qırğızıstan prezidenti ölkənin yeni Konstitusiyasını imzalayıb

Dünya xəbərləri Materials 15 Yanvar 2007 18:41 (UTC +04:00)

Bazar ertəsi səhər Qırğızıstan prezidenti Kurmanbek Bakiyev parlament tərəfindən 2006-cı ilin 30 dekabrında qəbul olunmuş "Qırğızıstan respublikasının konstitusiyasiyasına yeni redaktələr barədə" qanunu imzalayıb. Bu barədə RİA novostiyə bazar ertəsi Qırğızıstan rəhbərinin mətbuat xidmətindən xəbər veriblər.

Mətbuat xidmətinin əməkdaşlarının sözlərinə görə, imzalanmada baş nazir Feliks Kulov, respublikanın ali və Konstitusiya məhkəmələrinin sədrləri, dövlət katibi, parlament spikeri və prezident administrasiyasının rəhbəri iştirak edib. Bu barədə Trend xəbər verir.

Mərasimə mətbuat dəvət olunmayıb. Dekabrın 30-da Qırğızıstan parlamenti minimal səs çoxluğu ilə konstitusiyaya yeni redaktələr layihəsini qəbul edib. Bu layihə ölkə prezidentinin səlahiyyətlərini artırır. Xüsusən prezident indi parlamentə nazirlər Kabinetinə namizədlərlə bağlı təklif verə və deputatların razılığını gözləmədən nazirlər kabineti rəhbərini təsdiqləyə bilər. Beləliklə, respublika müxalifətinin kütləvi mitinqləri zamanı noyabrın 8-də parlament tərəfindən qəbul olunmuş əvvəlki konstitusiya ləğv olunub.

Noyabr konstitusiyası, mütəxəssislərin fikrincə, partiya çoxluğu ilə formalaşan hökümətin səlahiyyətlərini gücləndirməklə Qırğızıstanı parlament respublikasına çevirmişdi.

Konstitusiyanın imzalanmasından sonra prezident höküməti yeni sistemlə formalaşdıra bilər. Qırğızıstan parlamenti spikerinin əvvəl dediyi kimi, "həftənin əvvəlində baş nazirliyə namizədin təqdim olunması gözlənilir".

Xəbər lenti

Xəbər lenti