...

Fevral ayının əvvəlində Qazaxıstan prezidenti Ukraynaya rəsmi səfər edəcək

Dünya xəbərləri Materials 16 Yanvar 2007 15:35 (UTC +04:00)

Bu il fevralın 1-2-də Qazaxıstan prezidenti Nursultan Nazarbayev Kiyevə rəsmi səfər edəcək. Bu səfər 2007-ci il üçün planlaşdırılmış Ukraynada Qazaxıstan İlinin başlanğıcı olacaq. Bu barədə agentliyə "Kazinvest"in mətbuat xidmətindən məlumat verilib.

Mətbuat xidmətinin məlumatına görə, dövlət başçısının səfəri çərçivəsində fevralın 2-də "Qazaxıstan-Ukrayna: biznes üçün yeni imkanlar" biznes-forumu təşkil olunacaq və keçiriləcək. Konfransın başlıca məqsədi- iki ölkənin biznes-cəmiyyətləri arasında əlaqənin qurulması yolu ilə ölkələr arasında iqtisadi əməkdaşlığın gücləndirilməsidir. Bu barədə Trend Kazakhstan Today agentliyinə istinadən xəbər verir.

Forumun işində iqtisadiyyatın müxtəlif sahələrindən (neft və qaz, tikinti, banklar, qida sənayesi, turizm və b.) Ukraynanın böyük və orta biznes nümayəndələrinin iştirak edəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti