...

Çimkentdə 87 uşağın VİÇ infeksiyasına tutulması ilə bağlı iş üzrə qapalı məhkəmə işə başlayıb

Dünya xəbərləri Materials 19 Yanvar 2007 16:08 (UTC +04:00)

Mərkəzi Qazaxıstan inzibati mərkəzinin Çimkent şəhərində 87 uşağın VİÇ infeksiyasına tutulması ilə bağlı qapalı məhkəmə işi başlayıb. İttiham olunan 21 nəfərin arasında vilayət səhiyyə departameni işçiləri, bir neçə xəstəxananın baş həkim və tibb işçiləri var. Məhkəmə keçirilən binanın qarşısındakı yol nəqliyyat üçün bağlı elan edilib.

"İTAR-TASS"a istinadən Trend bildirir ki, bina polislər tərəfindən əhatə olunub, jurnalistlər yaxına buraxılmır, videoçəkilişlərə icazə verilmir.

Həmin şəxslər işə laqeyid yanaşmaları nəticəsində uşaqların dəhşətli virusa mübtəla olmasında ittiham olunurlar.

Xəbər lenti

Xəbər lenti